Husilər Ər-Riyadı hədəfə alıblar
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına, “Saudi Aramco” şirkətinin obyektlərinə və maliyyə mərkəzinə zərbə endirdiklərini bildiriblər.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
“Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səri hücumların ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilməklə dörd hərbi əməliyyat çərçivəsində həyata keçirildiyini açıqlayıb.
Onun sözlərinə görə, ilk hücum Kral Xalid Beynəlxalq Hava Limanına və bir neçə nasos stansiyasına yönəlib.
Husilər, həmçinin Səudiyyə Ərəbistanının şərqində yerləşən Əbqayq şəhərində “Saudi Aramco” obyektlərinə hücum ediblər.
Sərinin bildirdiyinə görə, üçüncü zərbə Yəmənin cənub-qərbində Səudiyyə qüvvələrinin toplandığı əraziyə, dördüncü hücum isə Ər-Riyaddakı maliyyə mərkəzinə yönəlib.
22:53 10.11.2026
Oxunuş sayı: 34