İran Səudiyyə Ərəbistanı ilə husilər arasında vasitəçilik etməyə hazırdır
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Səudiyyə Ərəbistanı ilə husilər arasında yaranmış münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bu barədə açıqlama verib.
İran Prezidenti Yəməndə baş verənlərin İranla əlaqəli olmadığını deyib. Bununla belə, o, Tehranın təzyiqə məruz qalan tərəfin yanında olduğunu bildirib.
Pezeşkian Səudiyyə Ərəbistanının İslam dünyasının birləşdirilməsi prosesində mühüm rol oynaya biləcəyini də qeyd edib.
19:50 26.09.2026
Oxunuş sayı: 43