Attraksion parkında gözlənilməz hadisə baş verdi
Moskvada attraksion parkında tribunadan yıxılma nəticəsində üç nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Baza” bu barədə “Telegram” kanalında məlumat yayıb.
Hadisə Moskvanın Ramenki rayonunda yerləşən “Master Panin” attraksion parkında baş verib. Bildirilir ki, tribuna üçüncü mərtəbənin hündürlüyündən aşağı düşüb və həmin vaxt zərərçəkənlər attraksionun hasarından keçməyə çalışıblar.
Məlumata görə, xəsarət alanlardan birinə tibbi yardım göstərilib.
Lakin parkın rəhbəri İqor Panin “REN TV”yə açıqlamasında tribunanın uçmadığını bildirib. Onun sözlərinə görə, bir neçə sərxoş tamaşaçı hasardan keçərək yıxılıb.
21:17 26.09.2026
Oxunuş sayı: 42