Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Çexiyadakı səfirliyində Azərbaycan icmasının üzvlərinin, diaspor fəallarının, tələbə təşkilatlarının nümayəndələrinin və soydaşlarımızın iştirakı ilə anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi "X" sosial şəbəkə hesabında yazıb.
"Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib", - paylaşımda bildirilib.
23:09 26.09.2026
Oxunuş sayı: 38