Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb.
Crossmedia.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.
Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı, 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
22:38 26.09.2026
Oxunuş sayı: 36