Azərbaycanda qeyri-neft sektoru üzrə artım hədəfi üstələnir
Azərbaycanda qeyri-neft-qaz sektorunun orta illik artımı "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda müəyyən edilmiş hədəfi üstələyir.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin davam etdiyi şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunur, iqtisadiyyat şaxələndirilir və qeyri-neft-qaz sektoru davamlı şəkildə inkişaf edir. İqtisadi artım da məhz qeyri-neft-qaz sektorunun hesabına təmin olunur. Bu baxımdan, 2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, 2022–2026-cı illərdə qeyri-neft-qaz sektorunun orta illik hesabla 5,2 % artması gözlənilir. Bu göstərici Strategiya ilə müəyyən edilmiş hədəfdən yüksəkdir", - deyə A. Bayramov qeyd edib.(Report)
12:16 11.11.2026
Oxunuş sayı: 39