ABŞ Konqresi Heqsetin impiçmentini bloklayıb
ABŞ Konqresinin Nümayəndələr Palatası müdafiə naziri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanması təşəbbüsünü faktiki olaraq bloklayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bu barədə məlumat yayıb.
Noyabrın 10-da keçirilən prosedur səsverməsində impiçment qətnaməsinin müvafiq komitəyə göndərilməsini 211 konqresmen dəstəkləyib, 204 nəfər isə əleyhinə səs verib.
Qətnamənin Respublikaçılar Partiyasının çoxluğa malik olduğu Nümayəndələr Palatasının Hüquq Komitəsinə göndərilməsi təşəbbüsün faktiki olaraq dayandırılması deməkdir.
Qeyd edək ki, ilin sonunadək ABŞ Konqresinin hər iki palatasında çoxluq respublikaçılara məxsusdur.
09:58 11.11.2026
Oxunuş sayı: 40