“Claude” çatbotunun yaradıcısı 1,3 trilyon dollar dəyərində qiymətləndirilə bilər
“Claude” çatbotunu hazırlayan “Anthropic” şirkəti Nyu-Yorkun “Nasdaq” birjasında səhmlərini satışa çıxarmaqla 64 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır. Şirkətin bazar dəyərinin 1,1–1,3 trilyon dollar arasında olacağı gözlənilir.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, şirkət noyabrın 19-da “ANT” simvolu ilə birjada yerləşdiriləcək səhmlərinin hər birini 70–78 dollar aralığında təklif edəcək.
Bu qiymətləndirmə bəzi investorların yayda proqnozlaşdırdığı 2 trilyon dollardan aşağıdır. Bununla belə, “Anthropic”in birjaya çıxışı süni intellektə yatırılan milyardlarla dolların gəlir gətirib-gətirməyəcəyi ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edir.
Şirkətin 2026-cı ilin ilk altı ayında gəlirləri ötən ilin eyni dövründəki 1,1 milyard dollardan 16,2 milyard dollara yüksəlib. Eyni zamanda, vergidən əvvəlki zərəri 12,9 milyard dollardan 80,7 milyard dollara çatıb.
2021-ci ildə “OpenAI”nin keçmiş əməkdaşları tərəfindən yaradılan “Anthropic” birjaya çıxan ilk sırf süni intellekt şirkəti olacaq. Şirkət ötən ay inkişaf etmiş süni intellekt sistemlərinin lazımi təhlükəsizlik tədbirləri olmadan tətbiqinin bəşəriyyət üçün fəlakətli və ya mövcudluq təhlükəsi yarada biləcəyini də xəbərdar edib.
03:33 11.11.2026
Oxunuş sayı: 21