Tramp və Netanyahu arasında İranla bağlı gərginlik
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı gərgin telefon danışığı olub.
Crossmedia.az xəbər verir ki, “Ynet” portalı bu barədə məlumat yayıb.
Məlumata görə, ötən həftəsonu baş tutan telefon danışığı qeyri-adi dərəcədə çətin və gərgin keçib.
Danışığın təfərrüatlarından xəbərdar olan mənbələrdən biri iki lider arasındakı müzakirəni “yüksək səslə aparılan son dərəcə kəskin mübahisə” kimi xarakterizə edib.
Tərəflər arasında fikir ayrılığının əsas səbəbi İrana qarşı hərbi əməliyyatların yenidən başlanması məsələsi olub.
Bununla belə, İsrail Baş nazirinin Ofisi telefon danışığının gərgin keçməsi barədə məlumatları təkzib edərək onları “saxta xəbər və tamamilə cəfəngiyat” adlandırıb.
Yüksəkvəzifəli İsrail rəsmisi də telefon danışığının baş tutduğunu təsdiqləsə də, müzakirənin çətin keçmədiyini bildirib.
09:55 11.11.2026
Oxunuş sayı: 41