ABŞ-nin vitse-prezidenti Cey Di Vens müdafiə nazirinə qarşı impiçment cəhdini tənqid edib
ABŞ-nin vitse-prezidenti Cey Di Vens müdafiə naziri Pit Hegset barəsində impiçment təşəbbüsünü tənqid edərək bunu real siyasətin əvəzinə təşkil olunan “gülünc şou” adlandırıb.
Crossmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Vens sosial şəbəkədəki paylaşımında Hegsetin impiçmentə səbəb olacaq hər hansı cinayət törətmədiyini bildirib.
Vens hesab edir ki, qanunvericilər siyasi fikir ayrılıqlarını ifadə etmək üçün başqa vasitələrdən istifadə etmək əvəzinə impiçment prosesinə üstünlük verirlər. O, təşəbbüsün İran müharibəsi ilə deyil, Hegsetin Pentaqondakı bürokratik sistemi dəyişdirmək cəhdləri ilə bağlı olduğunu iddia edib.
Qeyd edək ki, respublikaçı konqresmen Tomas Massi bazar ertəsi Hegset barəsində impiçment qətnaməsi təqdim edib. Nümayəndələr Palatasının sənədi çərşənbə axşamı müzakirəyə çıxarması gözlənilir.
Vens daha əvvəl İran müharibəsini respublikaçıların 2026-cı il aralıq seçkilərində məğlubiyyətinin əsas səbəbi kimi göstərmişdi.
06:30 11.11.2026
Oxunuş sayı: 37