Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
Crossmedia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,49% artaraq 4 050 dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 2,52% artaraq 52,52 təşkil edib.
09:20 11.11.2026
Oxunuş sayı: 53