Azərbaycanın dövlət büdcəsində 4,8 milyard manat profisit yaranıb
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çoxdur.
Yanvar-oktyabr aylarında dövlət büdcəsinin xərcləri isə 28 milyard 761,4 milyon manat olub. Bu göstərici illik müqayisədə 3,8% artıb.
Beləliklə, hesabat dövründə büdcə gəlirləri xərcləri 4 milyard 808,2 milyon manat üstələyib.
11:24 11.11.2026
Oxunuş sayı: 23