Litvada hava həyəcanı elan edilib – NATO qırıcıları havaya qaldırılıb
Litvada naməlum uçan obyektin aşkarlanması səbəbindən hava həyəcanı elan edilib və NATO qırıcıları havaya qaldırılıb.
Crossmedia.az xəbər verir ki, Litvanın “LRT” dövlət teleradio şirkəti bu barədə məlumat yayıb.
Məlumata görə, noyabrın 10-da axşam saatlarında Belarus istiqamətindən yaxınlaşan naməlum obyektlə əlaqədar Vilnüs və Utena bölgələrində hava təhlükəsi barədə xəbərdarlıq edilib.
Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib ki, aşkarlanan obyektin pilotsuz uçuş aparatı (PUA) və ya başqa uçan vasitə olduğu ilkin mərhələdə müəyyənləşdirilməyib.
Təhlükə ilə əlaqədar NATO-nun hava patrul missiyasında iştirak edən qırıcı təyyarələr havaya qaldırılıb.
Təxminən 45 dəqiqə sonra Litva ordusu hava təhlükəsi barədə xəbərdarlığı ləğv edib.
13:16 11.11.2026
Oxunuş sayı: 35