Zelenski Trampdan Rusiya ilə bağlı sərt addım gözləyir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” adlandırılan tədbirləri həyata keçirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat yayıb.
Zelenski bildirib ki, Rusiya ilə bağlı sanksiyaların sərtləşdirilməsi istiqamətində addımların atılmasını istəyirlər. O, Trampdan mərhum senator Lindsi Qrehemin Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini həyata keçirməsini xahiş edib.
Ukrayna Prezidenti həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı və Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.
19:32 26.09.2026
Oxunuş sayı: 48