Sergey Lavrov: Moskva xüsusi hərbi əməliyyatı sona çatdıracaq
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatı sona çatdıracağını və qarşıya qoyulan məqsədlərə nail olunacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Lavrov bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri zamanı deyib.
Lavrov çıxışında Rusiyanın mübarizəsinin “həqiqət və ədalət” uğrunda olduğunu bildirib. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın məqsədləri həyata keçiriləcək, Rusiyanın təhlükəsizliyinə yönələn təhdidlər aradan qaldırılacaq və dinc həyat bərpa olunacaq.
20:26 26.09.2026
Oxunuş sayı: 45