Avropanın Rusiya ilə müharibə hazırlığı ilə bağlı xəbərdarlıq edilib
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı ölkələrinin Rusiya ilə mümkün müharibəyə hazırlaşmasının “özünü doğruldan proqnoz” riskini artırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Lavrov 81-ci BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirakının yekunlarına dair keçirdiyi mətbuat konfransında Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib. Onun sözlərinə görə, Avropa ölkələri 2030-cu ilə qədər müharibəyə hazır vəziyyətə gəlməli olduqlarını hər gün bəyan edirlər.
Diplomat Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl səsləndirdiyi fikirləri də xatırladıb. Lavrov bildirib ki, Rusiya Avropa ölkələrinin hücumuna hazırlaşmır, lakin belə bir hücum baş verərsə, Moskvanın cavabı sərt olacaq.
O, həmçinin Rusiyanın müxtəlif ölkələrin nümayəndələri ilə dialoq aparmaqdan heç vaxt imtina etmədiyini vurğulayıb.
Qeyd edək ki, Vladimir Putin daha əvvəl Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını, bunun üçün heç bir motiv və əsas olmadığını bildirib. Putin Avropanın Ukraynaya dəstəyi davam etdirmək üçün vəziyyəti qəsdən gərginləşdirdiyini də iddia edib.
22:50 26.09.2026
Oxunuş sayı: 41