Lavrov və Almaniya XİN rəhbərinin görüşü başa çatıb - Yenilənib
Rusiya xarici işlər naziri Sergey Lavrovla Almaniyanın xarici işlər naziri İohann Vadeful arasında Nyu-Yorkda keçirilən görüş başa çatıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Danışıqlar 20 dəqiqədən bir qədər çox davam edib. Görüşün digər detalları barədə məlumat verilməyib.
18:49
Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Nyu-Yorkdakı qərargahında Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə görüş keçirir.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Görüş zamanı tərəflərin Rusiya-Almaniya münasibətləri və beynəlxalq gündəmdəki məsələləri müzakirə etdiyi bildirilir.
20:02 26.09.2026
Oxunuş sayı: 240