Serbiyaya Rusiyaya qarşı sanksiyalar tətbiq etdirmək istəyirlər
Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur edildiyi və bunun Belqradın Avropa İttifaqına üzvlüyü perspektivi ilə əlaqələndirildiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Məlumata görə, Belqrada Moskva əleyhinə sanksiyalar tətbiq etməsi üçün təzyiq göstərilir. Bildirilir ki, bu addımın qarşılığında Serbiyaya Avropa İttifaqına üzvlüklə bağlı “xəyali perspektiv” vəd edilə bilər.
Xatırladaq ki, daha əvvəl Rusiya və Almaniya xarici işlər nazirlərinin görüşünün təxminən 20 dəqiqə davam etdiyi açıqlanıb.
20:40 26.09.2026
Oxunuş sayı: 40