Rusiya Kubaya qarşı dəniz blokadasının aradan qaldırılmasını tələb edib
Rusiya Kubadakı ağır humanitar vəziyyətin aradan qaldırılması üçün dəniz blokadasının götürülməsinə və təcili tədbirlər görülməsinə çağırıb.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri zamanı Rusiyanın xarici işlər naziri bildirib ki, Kubada yaranmış ağır humanitar vəziyyətin düzəldilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır.
O, Kuba xalqı və hökuməti ilə həmrəy olduğunu ifadə edib və Kuba ilə ticarətə tətbiq olunan bütün məhdudiyyətlərin ləğv edilməsinə çağırıb.
Həmçinin Kubanın uzun müddətdir terrorizmi dəstəkləyən dövlətlərin siyahısında saxlanılmasına son qoyulmasının vacibliyi vurğulanıb.
Çıxış zamanı ABŞ-də həbsdə olan Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşının azadlığa buraxılması ilə bağlı da çağırış səsləndirilib.
20:48 26.09.2026
Oxunuş sayı: 34