"Eximbanka SR" Qarabağda Slovakiya layihələrinin icrasını dəstəkləyəcək
Slovakiya İxrac-İdxal Bankı (Eximbanka SR) maliyyə, sığorta alətləri və zəmanətlər vasitəsilə Slovakiya şirkətlərinin Azərbaycandakı perspektivli layihələrini dəstəkləməyə hazırdır.
Crossmedia.az banka istinadən xəbər verir ki, bu barədə "Eximbanka SR"in baş direktoru Rastislav Podqorets Slovakiya prezidentini müşayiət edən nümayəndə heyətinin tərkibində Azərbaycana işgüzar səfərinin yekunları üzrə bildirib.
15:07 16.07.2026
Oxunuş sayı: 52