“Böyük Qayıdış” çərçivəsində Şükürbəyliyə daha 52 nəfər köçürülüb
“Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, kəndə 9 ailə olmaqla ümumilikdə 52 nəfər keçmiş məcburi köçkün geri qayıdır.
Bildirilib ki, doğma yurdlarına qayıdan sakinlər işğal dövründə müxtəlif yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Şükürbəyliyə köç “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə davam etdirilir.
12:09 16.07.2026
Oxunuş sayı: 52