Odessa sahillərində xilas edilən azərbaycanlı dənizçilərin fotosu yayıldı
Odessa sahillərində hücuma məruz qalan yük gəmisindən xilas edilən azərbaycanlı dənizçilərin fotosu ictimaiyyətə təqdim olunub.
Crossmedia.az xəbər verir ki, sosial şəbəkələrdə və bir sıra media resurslarında Odessa sahillərində hücuma məruz qalan "Atlas Bey" yük gəmisindən xilas edilən azərbaycanlı dənizçilərin fotosu yayılıb.
Fotoda gəmidən sağ çıxarılan ekipaj üzvləri əks olunub. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı, Azərbaycan vətəndaşı Səməd Nəsrullayev itkin düşüb. Onun axtarışları davam etdirilir.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalar davam edir.
11:06 16.07.2026
Oxunuş sayı: 49