Moskva Bakı və İrəvandan yeni görüş gözləyir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Azərbaycan və Ermənistanın "3+3" regional əməkdaşlıq platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşünün tarixini razılaşdıracağına ümid etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Mariya Zaxarovanın sözlərinə görə, bununla bağlı razılıq 2024-cü ilin oktyabrında İstanbulda əldə olunub.
O qeyd edib ki, 2026-cı il iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF-2026) çərçivəsində keçirilən "3+3" platformasının sessiyasında iştirakçılar siyasi məsələlərdən kənar qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsinə dəstək ifadə ediblər.
Zaxarova vurğulayıb ki, Moskva Bakı və İrəvanın platforma çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi ilə bağlı ardıcıllığı və vaxtı razılaşdıracağını gözləyir.
09:58 16.07.2026
Oxunuş sayı: 64