"Jamestown": Bakı Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana səfərindən sonra Bakı Avropa İttifaqından konkret və praktiki addımlar gözləyir.
Crossmedia.az xəbər verir ki, "Jamestown Foundation" bu barədə məlumat yayıb.
"Jamestown Foundation"un təhlilində qeyd olunur ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmamasını, əməkdaşlığın real layihələr və qarşılıqlı öhdəliklər əsasında inkişaf etdirilməsini gözləyir.
Təhlildə bildirilir ki, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və Cənubi Qafqazda regional əməkdaşlıq Bakı ilə Brüssel arasında münasibətlərin əsas istiqamətləri olaraq qalır.
Müəllifin fikrincə, Azərbaycanın gözləntiləri fonunda Avropa İttifaqının bundan sonrakı addımları ikitərəfli münasibətlərin gələcək inkişafına təsir göstərə bilər.
15:03 15.07.2026
Oxunuş sayı: 60