Slovakiya Prezidenti Əli Əsədovla enerji təhlükəsizliyini müzakirə edib
Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Baş nazir Əli Əsədovla görüşüb.
Crossmedia.az xəbər verir ki, Slovakiya Prezidenti bu barədə “X”də bildirib.
Peter Pelleqrini Əli Əsədovla ticarət və investisiyaların dərinləşdirilməsi, infrastruktur bağlantılarının gücləndirilməsi və Slovakiya şirkətlərinin Azərbaycanın genişmiqyaslı modernləşmə səylərində rolunun artırılması istiqamətində perspektivləri müzakirə edib.
Peter Pelleqrini enerji təhlükəsizliyinin də müzakirələrdə əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb: “Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızda prioritet dayanıqlı və etibarlı tərəfdaşlıqların qurulmasına dair ortaq öhdəliyimizi əks etdirir. Məqsədimiz aydındır: güclü siyasi dialoqu iqtisadiyyatlarımız üçün uzunmüddətli dəyər yaradan, bizneslərimiz üçün yeni imkanlar açan və vətəndaşlarımıza real fayda gətirən praktiki əməkdaşlığa çevirməkdir”.
14:44 15.07.2026
Oxunuş sayı: 48