Rusiya daxilində yeni müstəqillik çağırışları başlayıb
ABŞ-nin Miçiqan ştatının Henkok şəhərində keçirilən Juhannus Suurjuhlat festivalı çərçivəsində Fin-uqor mədəniyyəti günü təşkil olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
2026-cı ildə Henkok şəhəri Fin-uqor dünyasının Mədəniyyət paytaxtı statusunu alıb və Şimali Amerikada bu ada layiq görülən ilk şəhər olub.
Tədbirdə Udmurtiyada Konstitusiya Məclisinin çağırılması üzrə təşəbbüs qrupunun üzvü Artyom Medvedev iştirak edib. O, müasir udmurt musiqisinə həsr olunmuş təqdimatla çıxış edib, udmurt xalqının dili və mədəniyyətinin vəziyyəti barədə danışıb.
Medvedev bildirib ki, ABŞ-də kiçik xalqlara münasibətdə onların dilinə, ənənələrinə və milli kimliyinə hörmətə əsaslanan fərqli yanaşma gördüyünü deyib.
Onun sözlərinə görə, fin-uqor dünyasının bir hissəsi olmaq mümkündür və xalqlar öz mədəniyyətlərini inkişaf etdirməli, dağıntı deyil, quruculuq yolunu seçməlidirlər.
Medvedev hesab edir ki, milli azlıqlara münasibətdə belə bir model nə müasir Rusiyada, nə də gələcəkdə mümkün ola bilər. O, Rusiyada güclü əl siyasətinə meyl olduğunu və belə vəziyyətlərdə azlıqların və fərqli düşünən insanların maraqlarının arxa plana keçdiyini iddia edib.
Fəal alternativ olaraq müstəqil Udmurtiyanın yaradılması ideyasını irəli sürüb. Onun fikrincə, belə bir halda region sakinləri öz siyasi, mədəni və iqtisadi gələcəklərini müstəqil şəkildə müəyyən edə bilərlər.
20:08 10.07.2026
Oxunuş sayı: 57