Almaniya Ukraynaya reaktiv dronlara qarşı sursat göndərdi
Almaniya Ukraynaya Rusiya istehsalı reaktiv dronlara qarşı mübarizə aparmaq üçün sursat göndərib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks-Ukrayna” bu barədə Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Ukrayna reaktiv Rusiya dronlarının hücumlarının qarşısını almaq üçün döyüş təyyarələrinə uyğun sursat paketinin göndərilməsini istəyib. Almaniya tərəfi müraciətə bir neçə gün ərzində cavab verib və tədarükə başlayıb. İlk partiyanın artıq Ukraynaya çatdırıldığı qeyd olunub.
Almaniyanın müdafiə naziri Boris Pistorius bu yardım paketi barədə ukraynalı həmkarı Yevgeni Xmara ilə telefon danışığı zamanı məlumat verib.
Telefon danışıqlarında Ukraynadakı hazırkı vəziyyət və ölkənin ehtiyacları, Berlinlə Kiyev arasında sənaye əməkdaşlığı, həmçinin Ukraynaya qış aylarında dəstək tədbirləri paketi müzakirə olunub.
20:25 08.10.2026
Oxunuş sayı: 59