ABŞ Ər-Riyad hava limanında vəziyyətlə bağlı açıqlama verdi
ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi Ər-Riyad hava limanına hücumlar edildiyindən xəbərdar olduğunu açıqlayıb və ölkədəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı göndərib.
Crossmedia.az xəbər verir ki, ABŞ səfirliyinin məlumatında vəziyyətin daha da gərginləşə və hava məkanı bağlana biləcəyi bildirilib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökuməti əməkdaşlarına isə Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanından istifadə etmək üçün xüsusi icazə almaq göstərişi verilib.
22:17 08.10.2026
Oxunuş sayı: 55