Gürcüstanda dronlarla bağlı narahatlıq artır
Gürcüstanın Batumi şəhərində sakinlər və turistlər yaşayış binalarının pəncərələrinə yaxın uçan dronlardan narahat olduqlarını bildirirlər.
Crossmedia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi dronlar çoxmərtəbəli binaların pəncərələrindən bir neçə metr aralıda havada dayanır və ya mənzillərin qarşısından yavaş hərəkətlə uçur.
Şəhər sakinləri bu hallarla bağlı polisə müraciət edib-etməməli olduqlarını müzakirə edirlər. Eyni zamanda, dronu vurmağa cəhd göstərməyin və ya onun kamerasına lazer göstəricisi ilə təsir etməyin hüquqi məsuliyyət yaradıb-yaratmayacağı ilə bağlı suallar da səsləndirilir.
19:49 08.10.2026
Oxunuş sayı: 55