Fransada etirazlar Makronun siyasi mövqeyinə zərbə vurur
Fransada keçirilən etirazlar prezident Emmanuel Makronun siyasətinə qarşı çıxan sağ populist Marin Le Pen və solçu “Tabe olmayan Fransa” hərəkatının lideri Jan-Lük Melanşonun mövqelərini gücləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Avropa Araşdırmaları kafedrasının dosenti, Ali İqtisadiyyat Məktəbinin Hərbi Dünya İqtisadiyyatı və Strategiyası İnstitutunun aparıcı eksperti Aleksey Çixaçev məlumat yayıb.
Ekspertin sözlərinə görə, Le Pen və Melanşonun etirazçılara qoşulacağı ehtimalı azdır. Lakin onların hər ikisi cəmiyyətdəki narazılıq dalğasından ilk yararlanan tərəf olmaq uğrunda mübarizə aparacaq.
Çixaçev qeyd edib ki, hazırkı etirazlar əsasən siyasi deyil, sosial xarakter daşıyır. Bununla belə, aksiyalar Makronun siyasi irsinə zərbə vurur.
Ekspert bildirib ki, etirazlar gələn il Fransada keçiriləcək prezident seçkilərinə qədər unudula bilər. Buna baxmayaraq, aksiyalar Makronun mümkün varislərinin mövqelərini zəiflədə və onun siyasi rəqiblərini gücləndirə bilər.
Qeyd edək ki, Le Penin partiya yoldaşı, Fransanın sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella daha əvvəl Fransanın Ukraynanı sonsuza qədər maliyyələşdirə bilməyəcəyini bildirib.
Melanşon isə sentyabrın 23-də Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə endirdiyi zərbələri sərt tənqid edib və Moskva ilə danışıqlara, münaqişənin diplomatik yolla həllinə çağırıb.
23:32 08.10.2026
Oxunuş sayı: 54