KİV: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini cümə gününədək razılaşdırmağa çalışır
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinin cümə gününədək, hətta ixtisar edilmiş formada olsa belə, razılaşdırılması üçün danışıqları davam etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Euractiv" məlumatlı mənbəyə istinadən yazıb.
Nəşrin məlumatına görə, razılığın əldə olunması məqsədilə Aİ əvvəlki təkliflər üzrə bir sıra güzəştlərə gedib və planlaşdırılan məhdudiyyətlərin bir hissəsini müzakirədən çıxarıb.
Bildirilib ki, müzakirə olunan siyahıdan Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə viza verilməsinin qadağan edilməsi, eləcə də Rusiya istehsalı olan balıq məhsullarının idxalına məhdudiyyət tətbiqi ilə bağlı təkliflər çıxarılıb.
Sanksiyalar paketi ilə bağlı yekun qərarın yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.
14:28 10.07.2026
Oxunuş sayı: 53