Lvovda səfərbərlik zamanı insident yaşanıb
Ukraynanın Lvov şəhərində səfərbərlik tədbirləri zamanı hərbi komissarlıq əməkdaşları ilə yerli sakinlər arasında qarşıdurma baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb.
Məlumata görə, 20 yaşlı gəncin hərbi komissarlıq əməkdaşları tərəfindən döyüldüyü iddiasından sonra hadisə yerinə toplaşan insanlar etiraz aksiyası keçiriblər.
Bildirilib ki, etirazçılar hərbi komissarlıq əməkdaşlarına məxsus xidməti avtomobili aşırıblar.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik ətraflı açıqlama verməyib. Gəncin döyülməsi ilə bağlı iddialar da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
12:24 09.07.2026
Oxunuş sayı: 63