Ukrayna müharibəsində hava hücumları yeni mərhələyə keçir
Rusiya Silahlı Qüvvələrinin hücumlarını intensivləşdirməsi fonunda Ukrayna münaqişəsi yeni mərhələyə qədəm qoyur.
Crossmedia.az xəbər verir ki, “Foreign Policy” nəşri bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Rusiya raket və pilotsuz uçuş aparatları ilə zərbələrin sayını artırır, eyni zamanda hədəflərin əhatə dairəsini genişləndirir. Məqalədə bu strategiyanın Kremlin müharibədə qələbə planının bir hissəsi ola biləcəyi qeyd olunur.
Müəlliflərin fikrincə, hücumların əsas məqsədi Ukrayna iqtisadiyyatını zəiflətmək, təchizat xətlərini pozmaq və nəqliyyat marşrutlarını kəsməkdir.
Məqalədə həmçinin Rusiyanın hava hücumlarında üstünlüyə malik olduğu vurğulanır. Bildirilir ki, “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatışmazlığı Ukraynanın ballistik raketlərə qarşı müdafiə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ölkəsinin Avropa ilə müharibəyə hazırlaşmadığını, bunun üçün heç bir səbəb və əsasın olmadığını bildirib. O, Avropanın Ukraynaya dəstəyi davam etdirmək məqsədilə vəziyyəti qəsdən gərginləşdirdiyini də iddia edib.
23:39 07.10.2026
Oxunuş sayı: 52