Suriya və İraq neft ixracı üçün yeni marşrut hazırlayır
Suriya İraq neftinin Aralıq dənizindəki limanlardan birinə daşınması üçün yeni quru marşrutu təqdim etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, yeni marşrut İraq neftinin Hörmüz boğazından yan keçərək yük maşınları ilə Aralıq dənizi sahilindəki limana çatdırılmasına imkan verəcək.
“Syria Petroleum Co.” şirkətinin baş direktoru Yusif Kiblavi bildirib ki, bununla bağlı razılaşma yekun mərhələdədir. İlk yük karvanının oktyabrın ortalarında yola düşməsi gözlənilir.
İki ölkə uzun müddətdir fəaliyyət göstərməyən Hədisa–Baniyas neft kəmərinin bərpasını da müzakirə edir. Kəmərin bərpası üzrə işlərə gələn ilin əvvəlində başlanması mümkündür.
21:46 07.10.2026
Oxunuş sayı: 52