Tramp Rusiyadakı təhlükədən danışdı
ABŞ Prezidenti Donald Tramp Rusiyada yayılan naməlum xəstəlik şübhəsinin bioloji silahla əlaqəli olduğunu düşünmədiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırarkən Rusiyadakı vəziyyətlə bağlı danışıb. O, xəstəliyin bioloji silah olub-olmadığı barədə suala “Belə düşünmürük. Yaxın zamanda öyrənəcəyik” deyə cavab verib.
ABŞ lideri Rusiyanın vəziyyətin nəzarət altında olduğunu açıqladığını xatırladaraq, bunun həqiqətən belə olacağına ümid etdiyini bildirib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə məsələni müzakirə etmək üçün telefon danışığının həmin gün planlaşdırıldığını deyib. O, bu günün Putinin doğum günü olduğunu da qeyd edib.
Rusiyanın İrkutsk vilayətində oktyabrın 2-də naməlum infeksiya şübhəsi ilə fövqəladə sanitariya və epidemiya ilə mübarizə komissiyasının iclası keçirilib. Daha sonra İrkutsk Vəba ilə Mübarizə İnstitutunun əməkdaşına səbəbi müəyyənləşdirilməyən pnevmoniya diaqnozu qoyulduğu açıqlanıb.
Sosial şəbəkələrdə isə həmin əməkdaşın “ağciyər vəbası” səbəbindən öldüyü iddia edilib. Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) isə bununla bağlı xüsusi tədbirlərin görüldüyünü bildirib.
06:45 08.10.2026
Oxunuş sayı: 64