Rusiya Kiyev vilayətində “Nova Poşta” terminalını vurub
Rusiya hərbçiləri Ukraynanın Kiyev vilayətində yerləşən “Nova Poşta” logistika terminalına pilotsuz uçuş aparatları ilə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya tərəfinin məlumatına görə, hücum Kiyev vilayətinin Belaya Tserkov yaşayış məntəqəsində yerləşən logistika terminalına qarşı həyata keçirilib.
Nazirlik iddia edir ki, həmin terminal Qərb ölkələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinə (USQ) göndərilən ikili təyinatlı yüklərin saxlanılması üçün istifadə olunub.
Qeyd edək ki, “Nova Poşta” Ukraynanın əsas poçt və logistika şirkətlərindən biridir.
19:11 25.11.2026
Oxunuş sayı: 78