Şalvarının altında 21 canlı ilan keçirməyə çalışdı – gömrükdə saxlanılıb
Çində qadın 21 canlı ilanı şalvarının altında gizlədərək ölkəyə keçirməyə cəhd edib. Lakin gömrük əməkdaşları onun şübhəli hərəkətlərindən şübhələnərək qaçaqmalçılıq cəhdinin qarşısını alıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Çinin “Sina” nəşrinə məlumat yayıb.
Hadisə Şençjen şəhərindəki Futyan sərhəd-keçid məntəqəsində baş verib. Qadın gömrük nəzarətindən keçərkən diqqəti geniş şalvarı və qeyri-təbii, hərəkətlərindəki məhdudluqla cəlb edib.
Yoxlama zamanı onun ayaqlarına şəffaf yapışqan lentlə bərkidilmiş qara dizliklər aşkarlanıb. Dizliklərin altında isə qara corablara bükülmüş canlı ilanlar gizlədilib. Gömrük əməkdaşları ümumilikdə 21 sürünən aşkar ediblər.
Mütəxəssislərin araşdırması nəticəsində ilanların hamısının qarter ilanları (garter snakes) olduğu müəyyənləşdirilib. Bu növ Çində yad növ hesab olunur.
Gömrük xidməti xatırladıb ki, ölkə qanunvericiliyi müvafiq icazə olmadan canlı heyvan və bitkilərin ölkəyə gətirilməsini qadağan edir. Qaydanı pozan şəxslər məsuliyyətə cəlb oluna bilərlər.
Qadının ilanları hansı məqsədlə daşıdığı və ona hansı cəzanın veriləcəyi barədə məlumat açıqlanmayıb.
20:55 25.11.2026
Oxunuş sayı: 50