Cəlilabadda su xəttində qəza baş verib
Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb.
Crossmedia.az xəbər verir ki, rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində qəza baş verib. Nəticədə rayonun bir hissəsinə suyun verilişi dayanıb.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.(APA)
19:54 25.11.2026
Oxunuş sayı: 96