Moskvada qapalı gecə tədbirində 12 miqrant saxlanılıb
Rusiyanın paytaxtı Moskvada miqrantların iştirak etdiyi qapalı gecə tədbirinə polis əməkdaşları müdaxilə edib. Nəticədə 12 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” “Mash” Telegram kanalına istinadən məlumat yayıb.
Hadisə “Sisters” klubunda baş verib. Məlumata görə, burada ad günü münasibətilə qapalı tədbir təşkil olunub. Məclisdə müxtəlif ölkələrdən gəlmiş miqrantlar iştirak ediblər.
Bildirilib ki, saxlanılan şəxslər Rusiyada miqrasiya qanunvericiliyini pozublar. Onların ölkə ərazisində qanunsuz olduqları və seks işçisi kimi fəaliyyət göstərdikləri iddia edilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tədbir keçirilən kluba daxil olaraq 12 nəfəri saxlayıblar. Məlumata görə, həmin şəxslərin Rusiyadan deportasiya edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, məlumat ilkin olaraq “Mash” Telegram kanalında yayımlanıb. Hadisə ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.
19:46 25.11.2026
Oxunuş sayı: 72