Bakıda işıqforsuz piyada keçidi: Hərəkət iflic olur
Lev Landau küçəsinin Ələsgər Ələkbərov küçəsi ilə kəsişməsində yerləşən piyada keçidə gün ərzində kifayət qədər intensiv piyada və avtomobil hərəkəti müşahidə olunur. Lakin keçiddə hərəkəti tənzimləyən işıqfor yoxdur.
Piyadaların yolu ardıcıl şəkildə keçməsi avtomobillərin tez-tez dayanmasına, nəqliyyatın hərəkətində ləngimələrə səbəb olur. Digər tərəfdən, bu vəziyyət piyadaların təhlükəsizliyi ilə bağlı da suallar yaradır.
Nəticədə günün sıx saatlarında keçiddə hərəkət daha da mürəkkəbləşir. vəziyyət göstərir ki, burada yalnız sürücülərin və piyadaların diqqətli olması kifayət etmir. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün konkret tənzimləyici mexanizmlərə ehtiyac var.
Məhəbbət Tərlanoğlu
18:26 25.11.2026
Oxunuş sayı: 42