Ryabkov: Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti raundunun tarixi bəlli deyil
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar prosesi dayanmayıb və ləngiməyib. Lakin növbəti raundun nə vaxt keçiriləcəyi hələlik məlum deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda danışıqların növbəti raundunun keçiriləcəyi tarixlə bağlı dəqiq məlumat yoxdur.
“Danışıqlar dayanmayıb və ləngiməyib, lakin bu günə olan məlumata görə, növbəti raundun nə vaxt keçiriləcəyi barədə anlayış yoxdur”, – deyə Ryabkov bildirib.
21:19 25.11.2026
Oxunuş sayı: 31