Tramp Putinlə yeni telefon danışığına hazırlaşır
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı keçirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Tramp jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı sualını cavablandırarkən “Mənim planlaşdırılmış zəngim var” deyib.
ABŞ lideri telefon danışığının dəqiq vaxtını açıqlamayıb. O, jurnalistlərlə söhbəti zamanı Putinin doğum gününü də xatırladıb.
Qeyd edək ki, oktyabrın 1-də Putin Ukraynadakı münaqişənin nizamlanması istiqamətində göstərdiyi səylərə görə Trampa təşəkkür edib. Rusiya Prezidenti amerikalı həmkarı ilə uzun illərdir “kifayət qədər yaxşı münasibətlərinin” olduğunu bildirib.
Bundan əvvəl Putin ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün keçirilməsini dəstəklədiyini açıqlamışdı.
22:37 07.10.2026
Oxunuş sayı: 60