2026 Nobel Fizika mükafatı sahibini tapdı
2026-cı il Nobel Fizika mükafatına Belçika əsilli astrofizik Fransis Halzen layiq görülüb.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
82 yaşlı alim Antarktidada “xəyalabənzər” kosmik hissəcikləri aşkar etmək üçün nəhəng IceCube neytrino rəsədxanasının yaradılmasına rəhbərlik edib. Bu iş neytrinolardan istifadə etməklə kainatı öyrənməyə imkan verən yeni astronomiya istiqamətinin əsasını qoyub.
Neytrinolar kosmosdan gələn yüksək enerjili hissəciklərdir. Onların daşıdığı məlumatlar alimlərə uzaq qalaktikaları və partlayan ulduzları daha yaxşı öyrənməyə imkan verir.
Halzen IceCube rəsədxanasının yaradılması ideyasını ilk dəfə 1988-ci ildə irəli sürüb. Layihə Antarktida buzlaqlarında yerləşdirilən çoxsaylı sensorlar vasitəsilə neytrinoların aşkar edilməsini nəzərdə tuturdu.
Alim mükafatı böyük sürpriz və sevinc kimi qiymətləndirib. O bildirib ki, layihəyə başlanarkən onun uğur qazanacağına çox az adam inanırdı.
07:20 08.10.2026
Oxunuş sayı: 57