İki beynəlxalq hava limanına zərbə endirildi: 3 nəfər həyatını itirdi
Səudiyyə Ərəbistanının Abxa və Kral Xalid adına beynəlxalq hava limanlarına son iki gündə edilən hücumlar nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, Abxa Beynəlxalq Hava Limanına hücum zamanı Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həlak olub, 28 nəfər xəsarət alıb.
Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına endirilən zərbə nəticəsində isə Sudan vətəndaşı ölüb, daha 8 nəfər yaralanıb.
Yaralılar arasında Səudiyyə Ərəbistanı, Banqladeş, Filippin, Pakistan və Misir vətəndaşları var. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Hazırda hava limanlarında dəymiş maddi ziyanın həcmi qiymətləndirilir. Sərnişinlərin və hava limanı əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
23:20 07.10.2026
Oxunuş sayı: 55