"LANDAU Lions” Avropa Kubokuna məğlubiyyətlə başladı
Azərbaycanın “LANDAU Lions” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, G qrupunda mübarizə aparan Bakı təmsilçisi İsveçrənin “Lions de Geneve” klubunu qəbul edib. Erhan Tokerin baş məşqçisi olduğu komanda rəqibinə 83:105 hesabı ilə məğlub olub.
Qarşılaşma Bakı İdman Sarayında keçirilib.
Qeyd edək ki, “LANDAU Lions” qrup mərhələsində Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” komandaları ilə də qarşılaşacaq.
Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də “Prievidza”ya qarşı keçirəcək.
20:56 07.10.2026
Oxunuş sayı: 56