Ukraynanın Vaşinqtondakı səfir postuna kimlər namizəddir?
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-dəki yeni səfirinin müəyyənləşdirilməsi ilə bağlı bir neçə namizədin nəzərdən keçirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski yekun qərarın Xarici İşlər Nazirliyinin hesabatından sonra veriləcəyini deyib.
Prezident mümkün namizədlər sırasında Yuliya Sviridenko, Sergey Kislitsa, Dmitri Kuleba və Pavel Klimkinin adlarını çəkib. O, hazırkı xarici işlər naziri Andrey Sibiqanın da bu vəzifəyə təyin olunması ehtimalını istisna etməyib.
Zelenski, həmçinin Oksana Markarovanın yenidən bu posta qaytarıla biləcəyini bildirib. Digər mümkün namizəd kimi isə ingilis dilini yüksək səviyyədə bilən təcrübəli hərbçinin də nəzərdən keçirildiyini qeyd edib.
Xatırladaq ki, Ukrayna avqustun 3-dən, Olqa Stefanişinanın vəzifədən azad edilməsindən sonra ABŞ-də səfirsiz qalıb.
17:27 21.11.2026
Oxunuş sayı: 47