Britaniya Avropa İttifaqına qayıda bilər
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) üzv olmasını istəyir.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın “The Times” qəzeti bu barədə məlumat yayıb.
Mənbənin sözlərinə görə, Börnhem Böyük Britaniyanın Avropa İttifaqına qayıtmasını səmimi şəkildə arzulayır və bu istiqamətdə ictimai dəstəyin olduğunu düşünür.
“O, geri qayıtmaq istəyir. Həqiqət budur. Bu məsələni çox dərindən yaşayır və ictimai rəyin onun tərəfində olduğuna inanır”, – deyə mənbə bildirib.
Baş nazirin yaxın müttəfiqi bu mövqenin siyasi taktika olması barədə iddiaları da rədd edib.
“Bunun arxasında başqa birinin dayandığını və ya sadəcə ağıllı siyasi gediş olduğunu düşünmək yanlışdır. O, buna həqiqətən inanır”, – deyə mənbə vurğulayıb.
Məlumata görə, Börnhem Böyük Britaniyanın Avropa İttifaqı ilə uzunmüddətli münasibətlərinin gələcəyini müəyyənləşdirmək məqsədilə Brüssellə birillik müzakirələr aparmağı planlaşdırır.
Bununla belə, hökumət ölkənin Aİ-yə yenidən üzvlüyü ilə bağlı rəsmi qərar qəbul etməyib.
Qeyd edək ki, Böyük Britaniya 2016-cı ildə keçirilən referendumun nəticəsinə əsasən, 31 yanvar 2020-ci ildə Avropa İttifaqından rəsmən ayrılıb. Bu proses “Brexit” adlanır.
16:10 21.11.2026
Oxunuş sayı: 47