Melaniya Tramp: Ukraynada Milad bayramına qədər atəşkəs əldə oluna bilər
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna ilə Rusiya arasında Milad bayramına qədər yeni atəşkəs razılaşmasının əldə oluna biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Fox News” telekanalı bu barədə məlumat yayıb.
Melaniya Tramp noyabrın 20-də telekanala müsahibəsində Milad bayramı ilə bağlı ən böyük arzusunun dünyada sülhün bərqərar olması olduğunu deyib.
O, xüsusilə Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatların dayandırılmasına ümid etdiyini vurğulayıb.
“Ukrayna və Rusiya buna hazır olsalar, razılaşmanı çox tez əldə edə bilərik. Danışıqlar artıq gedir. Ola bilsin ki, Milad bayramına qədər daha bir atəşkəsə nail olaq”, – deyə Melaniya Tramp bildirib.
ABŞ-nin birinci xanımı tərəflərin razılığa gələcəyi təqdirdə atəşkəsin qısa müddətdə əldə olunmasının mümkün olduğunu qeyd edib.
Bununla belə, o, danışıqların konkret nəticələri və mümkün atəşkəsin şərtləri barədə əlavə məlumat verməyib.
14:06 21.11.2026
Oxunuş sayı: 41