İndoneziyada qatar mikroavtobusa çırpılıb: Ölən və yaralananlar var
İndoneziyanın Şimali Sumatra əyalətində sərnişin qatarının mikroavtobusla toqquşması nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “ANTARA” informasiya agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 20-də Simalunqun rayonunun Sinaksak qəsəbəsində, şlaqbaum olmayan dəmir yolu keçidində baş verib.
Məlumata görə, Pematangsiantar–Medan marşrutu üzrə hərəkət edən “Siantar Ekspres” sərnişin qatarı mikroavtobusa çırpılıb. Toqquşmadan sonra mikroavtobus və lokomotivdə yanğın başlayıb.
Qəza nəticəsində mikroavtobusun sürücüsü həyatını itirib. Qatarın iki maşinisti və bir əməkdaşı isə yanıq xəsarətləri alıb.
İndoneziya Dəmir Yolları Şirkətinin məlumatına görə, qatarda olan 264 sərnişinin hamısı sağ qalıb.
Yerli polis hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb.
11:56 21.11.2026
Oxunuş sayı: 58