Zelenski: Krım körpüsü tamamilə dağıdılacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünün gələcəkdə tamamilə dağıdılacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “NBC News” telekanalı bu barədə məlumat yayıb.
Zelenski noyabrın 20-də verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin Krım körpüsünün qorunub saxlanılmayacağını anlamalı olduğunu deyib.
“Putin başa düşməlidir ki, bu körpü istənilən halda salamat qalmayacaq”, – deyə Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, Rusiya uzun müddətdir Ukraynanın körpülərinə, dəmir yollarına və digər infrastruktur obyektlərinə zərbələr endirir.
Zelenski bildirib ki, Ukraynanın Krım körpüsünə hücumları həmin zərbələrə cavab xarakteri daşıyır.
Prezident Krımın Ukrayna ərazisi olduğunu xatırladaraq körpünü ölkəsinin qanuni hərbi hədəfi adlandırıb.
Qeyd edək ki, noyabrın 16-17-də Krım körpüsünə endirilən zərbələr nəticəsində onun avtomobil yolu hissəsinə ciddi ziyan dəyib. Körpünün bir tağı və yol hissəsinin bir bölməsi dağılıb.
09:34 21.11.2026
Oxunuş sayı: 44